Döngələr

Beslan qurbanları anıldı


Rusiyanın “NTV” telekanalının məlumatına görə, bu gün Beslan sakinləri və Rusiya şəhərlərindən gələnlər terrorçular tərəfindən dağıdılmış 1 nömrəli məktəbə axışıb, bura gül-çiçək dəstələri düzüb, terror qurbanlarının xatirəsinə şam yandırıblar, ölənlərin portretlərini asıblar. Moskva vaxtı ilə saat 13:05-də ilk partlayışın baş verdiyi saatda Beslan qurbanlarının sayına uyğun olaraq havaya 334 ədəd ağ rəngli şar buraxılıb. 

Anım mərasimləri Moskvada da qeyd edilir. Son illərdə ən qanlı terror aktlarının törədildiyi yerlərdə terror qurbanlarının xatirəsi yad edilib.

Qeyd edək ki, 9 il əvvəl bir qrup terrorçu tədris ilinin ilk günündə məktəbi ələ keçirərək, 3 gün ərzində müəllimləri, şagirdləri və onların valideynlərini partlayıcı qurğu yerləşdirilmiş idman zalında ac - susuz saxlamışdı. Xüsusi-təyinatlı dəstələrin məktəb binasına həmləsi zamanı 334 nəfər həlak olmuşdu ki, onlardan 186-si uşaq idi. Həmin vaxtdan sentyabrın 1-i Şimali Osetiyada bilik günü kimi deyil, Beslan hadisələrinin 3-günlük anılmasının başlanğıcı kimi qeyd olunur.
 
Tasarэm: Tugay Tekeci
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol