Döngələr
Suriya probleminin Azərbaycanda hiss olunması
Son bir neçə aydı ki, Suriyada vətəndaş müharibəsində və Əfqanıstanda terrorçular arasında Azərbaycanlıların olması və öldürülməsi əsas müzakirə obyektinə çevrilib. Onlar Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunublar. İndiyədək Xudat şəhər sakini, 39 yaşlı Ürfan Ağcabəyovun Suriyada, Bakı şəhər sakini, 46 yaşlı Akif Osmanovun, Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımovun, Füzuli rayon sakini, 39 yaşlı Müşfiq Bayramovun, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumatlar gəlib çatıb.
Amma düşünmək də lazımdır ki, bu ölənlərin cüzi bir hissəsidir. Ümumiyyətlə Suriyada və Əfqanıstanda yüzlərlə azərbaycanlının vuruşduğunu və onlarlasının da öldürüldüyü bildirilir.